Hacıyev komandasını "planşet"lə idarə edib: "Başqa çarə yoxdur"

23 Dekabr 2020 20:20 Səbail 656
Hacıyev komandasını "planşet"lə idarə edib: "Başqa çarə yoxdur"

«Hazırda evdə müalicəni davam etdirirəm və «Qəbələ» ilə matçda da olmayacam».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in baş məşqçisi Aftandil Hacıyev deyib.

Koronavirus testi pozitiv çıxmış çalışdırıcı «Keşlə» ilə Premyer Liqanın 12-ci turundan təxirə salınmıış oyunu (2:0) buraxdı. O, sabah 13-ci turun «Qəbələ» ilə qarşılaşmasında da texniki zonada yer almayacaq.

Mütəxəssis müalicə prosesinin normal getdiyini, özünü get-gedə daha yaxşı hiss etdiyini bildirib:

«İlk günlər bir az çətin keçdi. Ağır nəfəs alırdım. Kürəyim və başqa əzalarım ağrıyırdı, qızdırma düşmürdü. Yenə şükür, bu gün əvvəlkindən yaxşıyam.

«Keşlə» ilə oyunu «CBC Sport» və Peşəkar Futbol Liqası «yutub»da yayımlamadığından, «planşet»dən istifadə etməli olduq.

Stadiondan internet vasitəsilə çəkiliş eləyib, vəziyyətdən birtəhər çıxdıq.

Bu dəfə isə PFL internetdən canlı yayım iəşkil edəcək. Belədə oyunu daha yaxşı izləyə bilib, məsləhətlərimi köməkçilərimə verəcəm.

Başqa çarə yoxdur, yanvarın 1-2-dək evdən bayıra çıxa blməyəcəm. Ondan sonra həkimlər nə desə, ona uyğun hərəkət edəcəm».

Digər Xəbərlər
Xəbər Lenti