Futbolçuların BOYKOT edəcəyindən narahat oldu, borcu bağladı

20 Dekabr 2020 14:00 Səbail 687
Futbolçuların BOYKOT edəcəyindən narahat oldu, borcu bağladı

Uzun müddətdir maliyyə böhranı ilə üzləşən «Səbail»də narahatlıq qismən aradan qalxıb.

Sportinfo.az-ın məlumatına görə, klub rəhbərliyi futbolçuların son tələbini yerinə yetirib.

Onlar əvvəlcə maaş borcunun 1 ayını ödəmək fikrində olsa da, kollektiv üzvlərinin israrı qarşısında geri çəkilib.

Komandanın əksər oyunçularınıın bu gün «Keşlə»yə qarşı meydana çıxmaq istəməməsindən ehtiyatlanan Tamerlan Abdullayev 2 ayın əməkhaqqı borcunu birdən bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti