Hacıyevin telefonla tapşırıq verməsi PFL-dən asılıdır

20 Dekabr 2020 09:40 Səbail 673
Hacıyevin telefonla tapşırıq verməsi PFL-dən asılıdır

Bu gün Premyer Liqada koronavirus pandemiyasına yoluxmalar səbəbindən təxirə salınan XII turun oyunları keçiriləcək.

Autsayder “Səbail” ondan cəmi 3 xal öndə olan “Keşlə” ilə üz-üzə gələcək.

Hər iki komanda meydana baş məşqçisiz çıxacaq. Çünki Yunis Hüseynov və onun “Səbail”dəki həmkarı Aftandil Hacıyev koronavirusa yoluxub.

Hüseynov hazırda xəstəxanaya yerləşdirilibsə, Hacıyev ev şəraitində müalicəsini davam etdirir. “Səbail”in çalışdırıcısı Sportinfo.az-a açıqlamasında komandanı köməkçisi Emin Ağayevin meydançaya çıxaracağını bildirib:

“Oyunla bağlı bütün fikirlərimi ona demişəm. Komandadan tez-tez məlumat alıram, vəziyyəti nəzarətdə saxlayıram. Təəssüf ki, “CBC Sport“ oyunu göstərməyəcək.

Adətən, “CBC Sport“ stadiondan canlı yayım etməyəndə, Peşəkar Futbol Liqasının “yutub“ kanalı oyunu çəkir.

Tərslikdən bu dəfə PFL də bizim qarşılaşmanı yayımlamağı nəzərdə tutmayıb. Odur ki, indi biz onlarla danışıqlar aparırıq.

PFL internet üzərindən çəkiliş etsə, oyunun gedişini izləyib, telefonla tapşırıqlarımı köməkçilərimə verəcəm“.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi