"Testin pozitiv çıxması bir az özüm üçün də gözlənilməz oldu"

19 Dekabr 2020 22:40 Səbail 1 353
"Testin pozitiv çıxması bir az özüm üçün də gözlənilməz oldu"

"Virusa harada yoluxduğumu dəqiq özüm də bilmirəm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

39 yaşlı mütəxəssisdən götürülən koronavirus testinin nümunələrinin nəticəsi müsbət çıxıb. Bu üzdən o, 14 günlük karantinə alınıb:

"Komandada son həftələrdə virusa yoluxanlar çox idi. Biz də hər gün iş başında olan adamıq. İlk gündən bütün gigiyenk qaydalara riayət etmişəm, özümü gözləmişəm.

Odur ki, testin nəticəsinin pozitiv çıxması bir az özüm üçün də gözlənilməz oldu. İndi evdəyəm, otağa qapanmışam.

Hər gün iynə-dərman qəbul edirəm. Bir balaca halsızıq var. Ümumi götürəndə isə özümü o qədər də narahat hiss etmirəm».

Digər Xəbərlər
Xəbər Lenti