"Səbail"in baş məşqçisi koronavirusa yoluxdu

19 Dekabr 2020 16:40 Səbail 718
"Səbail"in baş məşqçisi koronavirusa yoluxdu

"Səbail"in baş məşqçisi Aftandil Hacıyevdə koronavirus aşkarlanıb.

Bu barədə Sportinfo.az-a klubun Mətbuat xidmətindən məlumat verilib.

39 yaşlı mütəxəssisin test nəticəsinin müsbət çıxdığı bildirilib. Hacıyevdə xəstəliyin simptomları müşahidə edilməsə də, o, 2 həftə ev şəraitində təcrid olunub.

Baş məşqçidən fərqli olaraq, futbolçuların hamısında analizin cavabı mənfi çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti