“Neftçi”ni udmaq üçün: ”Problemlərimiz olsa da, inanırıq ki, xallar Masazırda qalacaq”

19 Dekabr 2020 14:00 Səbail 686
“Neftçi”ni udmaq üçün: ”Problemlərimiz olsa da, inanırıq ki, xallar Masazırda qalacaq”

“Neftçi” ölkənin ən böyük klublarından biridir”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a “Sabah”ın müdafiəçisi Nikola Vuyadinoviç Azərbaycan Premyer Liqasının XII turunda qarşılaşacaqları “Neftçi” barədə danışarkən deyib.

Serbiyalı futbolçu rəqib haqda xoş fikirlər səsləndirsə də, meydana qələbə üçün çıxacaqlarını söyləyib:

“Neftçi” kimi rəqibə qarşı oynamaq bütün komandalar üçün böyük motivasiyadır. Yoluxmuş və zədəli futbolçularla bağlı problemlərimiz var. Ancaq yenə də inanırıq ki, xallar Masazırda qalacaq”.

34 yaş müdafiəçi Peşəkar Futbol Liqasının (PFL) ilin son iki turunun təxirəsalma ilə keçirilməsi qərarına da münasibət bildirib. Vuyadinoviç bunu gözləmədiyini etiraf edib:

“Açığı, çempionatın dayandırılacağını düşünürdüm. Çünki bir ara bütün klublarda çox sayda koronavirusa yoluxan futbolçu var idi. Əminəm ki, AFFA yaxşı araşdırma apardı və doğru qərarlar verdi”.

Dekabrın 20-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Neftçi” oyunu saat 17:15-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti