"Səbail" millinin müdafiəçisini qaytarmaq üçün ortada

17 Dekabr 2020 16:00 Səbail 910
"Səbail" millinin müdafiəçisini qaytarmaq üçün ortada

Millinin keçmiş müdafiəçisi Şəhriyar Rəhimov yenidən «Səbail»ə qayıda bilər.

Sportinfo.az-ın məlumatına görə, «dənizçilər» mövsümlərarası fasilədə düşərgədən ayrılan sabiq futbolçusuna təklif göndərib.

Baş məşqçi Aftandil Hacıyev yaxşı münasibətdə olduğu arxa xətt oyunçusunu geri dönməyə razı salacağına ümid bəsləyir. Hər halda Rəhimov hazırda «Zirə»də əsas heyət üzvü sayılmır.

O, «Qəbələ»dən Qismət Alıyevin transfer edilməsindən sonra ilk «11-lik»dəki mövqeyini itirib. Yayda qəsəbə təmsilçisi ilə 2 illik (1+1) müqavilə imzalayan Şəhriyara «Keşlə»nin də maraqq göstərməsini bildirək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti