Kamran Ağayevin atası xəstəxanada virusdan dünyasını dəyişdi

16 Dekabr 2020 13:20 Səbail 2 336
Kamran Ağayevin atası xəstəxanada virusdan dünyasını dəyişdi

Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayevin atası Adil Ağayev dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, o, 72 yaşında koronavirusdan vəfat edib.

A.Ağayev bir neçə gün idi Bakıdakı xəstəxanaların birində yerləşdirilmişdi. Həkimlər çox çalışsa da, bir neçə xəstəlikdən əziyyət çəkən qapıçının atasını həyata qaytara bilməyib.

Mərhumun nəşi dəfn üçün Şabran rayonuna aparılıb. Adil Ağayev rayonun tanınmış idman müəllimlərindən idi.

Digər Xəbərlər
Xəbər Lenti