PULU FİKİRLƏŞMİR: "Sanki mən də azərbaycanlıyam"

14 Dekabr 2020 23:00 Səbail 942
PULU FİKİRLƏŞMİR: "Sanki mən də azərbaycanlıyam"

Sportinfo.az "Səbail"in qvatemalalı qapıçısı Nikolas Hagenin müsahibəsini təqdim edir:-

Artıq 5 aya yaxındır Azərbaycandasınız. Özünüzü Bakıda necə hiss edirsiniz?

- Burada özümü əla hiss edirəm. Sanki mən də azərbaycanlıyam. Burada olmaq mənim üçün əla təcrübədir. Gələcəkdə də karyeramı ölkənizdə davam etmdirməyə müsbət baxıram.

- Azərbaycan Premyer Liqası barədə fikirləriniz necədir?

- Demək olar, bütün komandalar eyni səviyyədədir. Hər bir futbolçu daha çox inkişaf edib, yaxşı oyun nümayiş etdirməyə çalışır. Bu hal isə çempionata da müsbət təsir edir.

- Pandemiya səbəbindən Qvatemala millisinə qoşula bilmədiniz. Bu, daha sonra sizə problem yaratmayacaq?

- Pandemiya ilə əlaqədar problemlər oldu. Uçuşlar yox idi və mən ölkəmə gedə bilmədim. Onlar da bu səbəbdən, milli komandaya qoşula bilməməyimi anlayışla qarşıladılar. Gələcəkdə beynəlxalq arenada ölkəmi təmsil etməyə hazıram və bunu çox istəyirəm.

- Qvatemalada çox sevilirsiniz. Hətta "Səbail"ə keçəndən sonra sizə görə bu klubun izləyicilərinin sayı xeyli artıb. Bu sevginin səbəbi nədir?

- Qvatemalada futbol çox sevilir. Hansısa futbolçu uğur qazananda ona böyük dəstək olurlar. Elə bu səbəbdən, məni həm sevir, həm də dəstəkləyirlər.

- Son vaxtlar komandanızda koronavirusa yoluxmalar oldu. Özünüzü necə qoruyursunuz?

- Çox sadə metodlarla qorunuram. Sosial məsafə saxlayır, əllərimi tez-tez yuyuram və sadəcə, şəxsi su qabımdan istifadə edirəm. Hər kəs sadə üsullara diqqət etsə, özünü virusdan qoruya bilər.

- "Səbail"lə 1 illik müqavilə bağlamısınız. Mövsümün sonunda özünüzü harada görürsünüz?

- Hazırda bu mövsümdən sonrasını fikirləşmirəm. Sadəcə, hər oyuna çıxıb qələbə qazanmağımıza kömək etməyə çalışıram. Dediyim kimi, müqavilə deyil, sadəcə, komandamla cari mövsümü uğurla başa vurmaq barədə düşünürəm.

- Çempionatın davam etdiriləcəyi barədə qərar verildi. Buna münasibətiniz necədir: Sizcə, yarışı dayandırmaq yaxşı olardı, yoxsa indiki qərar daha münasibdir?

- Qərar artıq verilib. Səhv və ya düz olduğunu müzakirə etmək etik deyil. Bizim işimiz növbəti 2 oyunda qələbə qazanıb, hesabımıza xal yazdırmaqdır (report).

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!