"Əvvəlcədən bilirdik ki, bizi nələr gözləyir" - MÜSAHİBƏ

13 Dekabr 2020 19:40 Səbail 674
"Əvvəlcədən bilirdik ki, bizi nələr gözləyir" - MÜSAHİBƏ

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Sportinfo.az-a müsahibə verib.

- Koronavirusla bağlı komandada son durum necədir?

- Rahid Əmirquliyev, Əfran İsmayılov və Rauf Əliyev sağalıblar. Artıq komanda ilə məşqlərə qoşulublar. Orxan Qurbanlı yeni yoluxub, müalicəsi davam edir. Kamran Ağayevdə isə yeni testin cavabını gözləyirik.

- Peşəkar Futbol Liqasının Premyer Liqa ilə bağlı açıqladığı yeni təqvim bir qədər müzakirələrə səbəb oldu. Sizin yeni təqvimə münasibətiniz necədir?

- Ümumi götürəndə qərarla bağlı narazılığım yoxdur. Çünki biz özümüz o stuasiyaya düşüb, oyunları davam etdirmişik. Bütün hallarda çempionatın davam etməsini məqsədə uyğun sayıram. Bu qədər oyunu yanvardan sonra 4 gündən bir oynamaq çətin olacaq.

- Qış fasiləsinin müddəti hər zamankından az olacaq. Ölkə xaricinə getmək planınız hələ də var?

- Son qərar 2 gün əvvəl verilib. Hazırda bunu müzakirə edirik. Görsənən odur ki, qısa müddətli ölkə xaricinə getmək problemdir. Koronavirusla bağlı da gediş-gəliş riski var. Ona görə də planımızı hələ tam tutmamışıq. Qarşıdakı 2 görüşə hazırlaşırıq. Yəqin ki, gələn həftəyə hazırlıq planımız hazır olacaq.

- Heyətdə ciddi dəyişiklik olması gözlənilir?

- Özüm üçün bəzi qərarları dəqiqləşdirmişəm. Amma heyəti çox dəyişmək fikrimiz yoxdur. Yeni oyunçular cəlb etmək də indi çətindir. Ələlxüsus da indiki durumda ölkəyə kimisə gətirmək və ya sərbəst futbolçu tapmaq olducqca çətindir. Bu səbəblərə görə böyük dəyişiklərə əl atacağımızı düşünmürəm. Əksinə 1-2 futbolçu heyətə qatsaq yaxşı olardı.

- Nəzərdə tutğunuz 1-2 futbolçu əcnəbi, yoxsa yerli futbolçu olacaq?

- İstərli yerli, istərsə əcnəbi olsun. Əsas odu istədiyimiz mövqelərə uyğun futbolçu tapa bilək. Mövqeyə uyğun axtarış olacaq. Bu yerli də ola bilər, əcnəbi də.

- Son illər adi hal alan - "Səbail"də maliyyə problemi var" söhbəti yenidən mətbuatda danışılmağa başlayıb. Hazırkı vəziyyət necədir?

- İl boyu çətinliklərimiz olur. Əvvəlcədən bilirdik ki, bizi nələr gözləyir. Rəhbərlik də bəzi çətinliklərin ola biləcəyini xəbərdarlıq etmişdi. Pandemiya ilə bağlı ümumi dünyada vəziyyət yaxşı deyil. Bilərəkdən olan məsələlər deyil. Rəhbərlik də çalışır tezliklə problem həll olsun. Hələki böyük problemə çevrilməyib. İnanırıq ki, qarşıdakı həftələr bəzi problemlər də öz həllini tapar.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!