"Biz də davam etməliyik, heç bir ölkədə çempionat dayandırılmayıb"

13 Dekabr 2020 09:40 Səbail 645
"Biz də davam etməliyik, heç bir ölkədə çempionat dayandırılmayıb"

"Koronavirusu yünügül keçirtdim. Düzdür, 1-2 gün hərarətim oldu, amma digər günləri simptomsuz keçirdim.

İki həftə ev şəraitində müalicə aldım. Bu müddətdən sonra verdiyim test neqativ çıxdı. İndi özümü yaxşı hiss edirəm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında koronavirusdan yenicə sağalan "Səbail"in kapitanı Rahid Əmirquliyev deyib.

Artıq məşqləri bərpa etdiyini bildirən yarımmüdafiəçi hazırkı vəziyyətdə ölkə çempionatının davam etdirilməli olduğunu sözlərinə əlavə edib:

"Öncə bir tura təxirə salındı. Fasilə çox oldu. Növbəti oyuna qədər isə vaxt var hələ.

Bu, bizdən asılı olan məsələ deyildi. Klublarda çox futbolçu bu xəstəliyə yoluxmuşdu. Buna baxmayaraq, məşqləri saxlamamışdıq. Kim sağlam idisə, məşqlərə davam edirdi.

Ona görə də oyunların keçirilməsində problem görmürəm. Bu virus tək bizdə yox, dünyada var. Məncə, çempionatın davam etdirilməsi düzgün qərar idi.

Biz də davam etməliyik. Heç bir ölkədə çempionat dayandırılmayıb".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı