Abdullayev klubu üçün SOCAR-dan pul ala bilmir

12 Dekabr 2020 21:00 Səbail 952
Abdullayev klubu üçün SOCAR-dan pul ala bilmir

«Səbail»də problemlər bitib-tükənmir.

Biri qurtarmamış, o biri başlayır.

Klubu qarabaqara izləyən çətinlik isə maddiyatla bağlıdır. SOCAR artıq 3-cü aydır ki, Bayıl təmsilçisinə vəsait ayırmır.

Çox maraqlıdır ki, SOCAR ona bağlı olan digər klubların pulunu hissə-hissə ödəməyə başlasa da, «Səbail» prosesdən kənarda qalıb.

Klubun prezidenti səlahiyyətlərini yerinə yetirən Tamerlan Abdullayev əmisinin rəhbəri olduğu şirkətdən bura maliyyə cəlb edə bilmir. Özü isə utandığından, kollektiv arasına çıxmır.

«Maaşımız harada qaldı?» deyib, dad döyən futbolçular bir neçə dəfə onunla görüşməyə cəhd göstərsə də, T.Abdullayev bundan yayınıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti