Azərbaycana yeni gəldi, görün, nə dedi: "Onu çox sevirəm"

6 Dekabr 2020 10:40 Səbail 882
Azərbaycana yeni gəldi, görün, nə dedi: "Onu çox sevirəm"

"Onlar Premyer Liqadakı keyfiyyəti, burada oynamağın nə qədər əyləncəli olduğunu görəcəklər".

Sportinfo.az xəbər verir ki, bu sözlər bir müddət əvvəl "Səbail"lə müqavilə bağlayan Bəxtiyar Rəhmaniyə aiddir.

Yarımmüdafiəçi gələcəkdə daha çox iranlı futbolçunun Azərbaycan çempionatına gələcəyinə ümid etdiyini söyləyib:

"Azərbaycan Premyer Liqası Avropa səviyyəli çempionatdır. Hazırda burada 5-6 həmyerlim çıxış edir. Peyman Keşəvarz mənimlə eyni komandadır.

Onunla "Traktor"da birlikdə oynamışam. Texnikalı oyunçudur. Onu çox sevirəm. Gələcəkdə onun haqqında daha çox eşidəcəksiz".

Digər Xəbərlər
Xəbər Lenti