"Səbail"in futbolçuları oyunu udacaqlarını düşünürdü" - Ulise Diallo

23 Noyabr 2019 18:21 Sabah 1 165
"Səbail"in futbolçuları oyunu udacaqlarını düşünürdü" - Ulise Diallo

"Sabah"ın forvardı Ulisse Diallo Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində "Səbail"ə (3:1) qarşı keçirilən oyundan sonra Sportinfo.az-a müsahibə verib:

- Görüşlə bağlı fikirlərin...
- Əvvəldən ağıllı oynasaydıq, elə birinci hissədəcə oyunu taleyini həll edərdik. İkinci hissədə üstünlüyü bir az rəqibə verdik. Nəticədə çox asan qol buraxdıq. Amma buraxdığımız qola yaxşı reaksiya verdik, üç qol vuraraq oyunu qalib başa vurduq.

- Meydana sonradan daxil oldun və dubl edərək oyunun taleyini həll etdin. Vurduğun ikinci qolu Ramin Quliyevlə qeyd etməyinin xüsusi səbəbi var idi?
- Ramin Quliyev mənə hər zaman dəstəkdir. Məşqlərdə ruh düşkünlüyü yaşayanda da dəstəyini əsirgəmir. Ona görə də xüsusilə ikinci qolu onunla qeyd etmək istədim. Çünki vurduğum ikinci qol bizə qələbə gətirən qol idi.

- Səni komandaya böyük ümidlərlə gətiriblər. Amma hələ ki, özünü doğrulmursan. Cəmi üç qol vurmusan, çıxışından razısan?
- "Sabah"a yeni gələndə komanda yoldaşlarımla anlaşma kifayət qədər yaxşı deyildi. Meydanda bir-birimizi anlamırdıq, istədiyimiz əlaqə yox idi. Amma özünüz də görürsüz ki, turlar keçdikcə daha yaxşı anlaşırıq. Bilirəm ki, mənə ümidlər böyükdür. Yanvardakı fasilə bizə daha çox kömək edəcək. Məsələn, Hendrik Ekşteynlə bir-birimizi çox yaxşı başa düşürük. Top məndə olanda onun hara açılacağını, top onda olanda isə mənim hara qaçacağımı yaxşı bilir.

- Bəs onda qeyri-stabilliyi nə ilə əlaqələndirərdin?
- Futbolu sona kimi oynamaq lazımdır, rahatlaşmaq olmaz. Nəyə görə bir tur qalib gəlib, o biri tur uduzduğumuzu demək mənim üçün də çətindir. Futbolu hakimin son final fitinə qədər oynamaq lazımdır. Götürək "Sumqayıt"la ötən turdakı oyunumuzu. Fasiləyə qalib yollanmışdıq. İkinci yarıya rahat çıxdıq və elə bildik ki, ikinci yarını da qalib başa vuracağıq. Amma belə olmadı. Bu oyunda da eyni şey "Səbail"in başına gəldi. Onlar qol vurduqdan sonra oyunu udacaqlarını hesab etdilər. Lakin biz son 3-5 dəqiqədə oyunun taleyini həll etdik. Hər oyuna rahatlaşmadan, daha yaxşı konsentrasiya ilə çıxmaq lazımdır.

Elvin

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"