"Bu gün Diallonun günü idi" - "SABAH"IN MƏŞQÇİSİ

23 Noyabr 2019 17:54 Sabah 648
"Bu gün Diallonun günü idi" -

"Sabah”ın məşqçisi Ramin Quliyev Premyer Liqanın XII turunda “Səbail”ı 3:1 hesabıyla məğlub etdikləri oyundan sonra mətbuat konfransı keçirib. Sportinfo.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə görüş haqda fikirlərini bildirib:

- İki fərqli hissə gördük. İlk yarıda bərabər oyun getdi. Fasilədən sonra hər iki komandanın qələbə imkanı vardı. Rəqib şansından istifadə etdi, hesabı açdı. Hesab edirəm ki, oyunun qırılma anı "Səbail"in azlıqda qalması, bizdə isə hücumçu dəyişikliyi oldu.

- Sonradan meydana çıxaraq dubla edən Ulis Dialloni əsas heyətdə meydana buraxmaq olmazdı?

- Bizdə olan mərkəz hücumçuların hər ikisi - həm Rocer Roxas, həm də Ulis Diallo eyni səviyyəlidir. Roxas o qədər də oynamaq şansı əldə edə bilmirdi. Bu həftə məşqlərdə özünü yaxşı tərəfdən göstərdi və ona əsas heyətdə şans verdik. Gələcəkdə hər şey ola bilər. Bu gün Diallonun günü idi.

- Ulisin vurduğu ilk qoldan sonra üzərinizə qaçması əvzəetmənin sizin təşəbbüsünüz olmasına qarşılıq olaraq təşəkkür idi?

- Yox, hər epizodda baş məşqçiylə məsləhətləşirik, yekun qərarı o verir. Sadəcə, bəzən məşqlərdə Diallloya deyirdik ki, sən hücumçusan, cərimə meydanında hər şeyə hazır olmalısan. Onda özünəinam yaratdıq. Bu səbəbdən təşəkkür əlaməti olaraq üzərimə qaçdı. İstənilən halda, heyətlə bağlı yekun qərar baş məşqçinindi.

- Adətən uğursuzluq olanda deyirlər ki, bir qələbə lazımdır bu vəziyyətdən çıxaq. Sizcə, bu qələbə sizə kömək olacaq?

- Sözsüz ki, olmalıdır. Stabil oynamağa çalışırıq. Ümid edirik ki, bu qələbə qarşıdakı oyunlar üçün də motivasiya olacaq.

Digər Xəbərlər
Xəbər Lenti