“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Braziliyalı yarımmüdafiəçi Du Keyros “Zenit” dən icarəyə götürülüb.
Müqaviləyə əsasən, 26 yaşlı futbolçu cari mövsümün sonunadək “Sabah”ın üzvü olacaq.
Klub icarə müddəti başa çatdıqdan sonra futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir.
Du Keyros karyerası ərzində Braziliyanın “Korintians” (2021-2023), “Qremio” (2024) və “Sport Resife” (2025), Rusiyanın isə “Zenit” (2023-2024) və “Orenburq” (2025-2026) klublarında çıxış edib.
"Sabah" bu yay Yunis Laçabı ("Lill", Fransa - icarə) Eyden Makkarti (son klubu - "Kayzer Çifs", CAR), Junior Erivaldo Almeyda ("Maritumu", Portuqaliya), Patrik Orfe Mbina ("Maribor", Sloveniya), Ksander Severina ("Makkabi" Hayfa), Amin Ramazanov (son klubu "Qarabağ") və Kristian Nvaçukvunu ("Şeffild Yunayted", İngiltərə) da heyətinə qatıb.
