Çempionlar Liqasınə vəsiqə aldılar, bir evin pulunu qazandılar

16:20 Sabah 295
Çempionlar Liqasınə vəsiqə aldılar, bir evin pulunu qazandılar

Tarixində ilk dəfə iştirak etdiyi Çempionlar Liqasında əsas mərhələyə yüksəlməyi bacaran «Sabah»ın futbolçularının qazancı bilinib.

Premyer Liqanın son qalibi qitənin ən prestijli yarışında bütün proqnozları alt-üst edən oyunçularına böyük miqdarda mükafat ödəyib.

Belə ki, böyük uğurda pay sahibi olanların hər biri 80 min dollara yiyələnib.

Masazır təmsilçisinin pley-off mərhələsinədək kollektiv üzvlərinə 60 min manat «ənam» verməsini də xatırladaq.

Azərbaycan təmsilçisi sentyabrın 10-da İngiltərədə "Mançester Yunayted"lə qarşılaşacaq.

Bakı təmsilçisi oktyabrın 13-də, Bakıda Çexiyanın "Slaviya", oktyabrın 20-də Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edəcək.

Noyabrın 4-də Norveçdə "Vikinq"in qonağı olacaq "Sabah" noyabrın 25-də Bakıda "Barselona" ilə üz-üzə gələcək.

"Sabah" dekabrın 8-də İspaniyada "Vilyarreal"la münasibətlərə aydınlıq gətirəcək.

"Bayquşlar" 2027-ci il, yanvarın 20-də "Napoli"ni qəbul edəcək, yanvarın 27-də İngiltərədə "Arsenal"la üz-üzə gələcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti