Tarixində ilk dəfə Çempionlar Liqasında iştirak edən «Sabah»ın liqa mərhələsinə vəsiqə qazanması onu bütün dünyaya tanıdıb.
Avropanın ən prestijli yarışında uğurlu qrafik cızan «bayquşlar»ın sosial şəbəkə hesablarına güclü axın var.
Son bir neçə gün ərzində klubun media profillərinə üzv olanların sayı onminlərlə artıb. «Sabah» bu göstəricidə öz adaşını da keçib.
Malayziya çempionatının aparıcı iştirakçılarından sayılan «Sabah» bunadək xeyli öndə idisə,
indi vəziyyət 180 dərəcə fərqlidir. Artıq arada böyük uçurum yaranıb. Və böyük ehtimalla, bu tendensiya hələ bir müddət belə davam edəcək.
Azərbaycan təmsilçisi sentyabrın 10-da İngiltərədə "Mançester Yunayted"lə qarşılaşacaq.
Bakı təmsilçisi oktyabrın 13-də, Bakıda Çexiyanın "Slaviya", oktyabrın 20-də Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edəcək.
Noyabrın 4-də Norveçdə "Vikinq"in qonağı olacaq "Sabah" noyabrın 25-də Bakıda "Barselona" ilə üz-üzə gələcək.
"Sabah" dekabrın 8-də İspaniyada "Vilyarreal"la münasibətlərə aydınlıq gətirəcək.
"Bayquşlar" 2027-ci il, yanvarın 20-də "Napoli"ni qəbul edəcək, yanvarın 27-də İngiltərədə "Arsenal"la üz-üzə gələcək.
SPORTİNFO.AZ

