COP29

“Hər şey ürəyimcədir, Azərbaycanda yaşamaqdan qürur duyuram”

24 Avqust 23:40 Sabah 1 081
“Hər şey ürəyimcədir, Azərbaycanda yaşamaqdan qürur duyuram”

“Gəldiyim gündən özümə maraqlı olan şeylər haqda maraqlandım və uyğunlaşmağa başladım”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın legioner İvan Lepinitsa deyib.

Xorvatiyalı yarımmüdafiəçi bildirib ki, Azərbaycan onun üçün yeni mentalitet, yeni mədəniyyət, yeni insanlar, fərqli mühit deməkdir.

Görəsən, o, özünü burada necə hiss edir? Dinləyək:

“ Çox-çox yaxşı deyərdim. Burada məni narahat edən, çətinlik yaradan heç nə yoxdur.

Hər şey ürəyimcədir və Azərbaycanda yaşamaqdan qürur duyuram. Bu ölkə, buradakı insanlar və özümə qarşı münasibət ürəyimcədir”.

Masazır klubu iyunda İvan Lepinitsa ilə 3+1 illik müqavilə imzalayıb. 24 yaşlı futbolçu "Slaven Belupo"dan (Xorvatiya) transfer edilib.

İvan karyerası ərzində Xorvatiyanın "Rieka" (2018-2023), həmçinin icarə əsasında bu ölkənin "Zadar" (2018/19), Almaniyanın "Arminiya" (2022/23) klublarında çıxış edib.

2023-cü ildə "Rieka"dan "Slaven Belupo"ya keçib. Xorvatiyanın U-19, U-20 və U-21 komandalarının da şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti