İsrail klubundan "Sabah"a gözlənilməz təklif – gəlin dəyiş-düyüş edək

23 İyun 2024 15:40 Sabah 4 514
İsrail klubundan "Sabah"a gözlənilməz təklif – gəlin dəyiş-düyüş edək

"Makkabi"(Hayfa) Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan "Sabah"a müraciət edib.

Sportinfo.az İsrailin "One" portalına istinadən xəbər verir ki, Hayfa təmsilçisi Azərbaycan klubuna matçların yerlərinin dəyişdirilməsi haqda təklif göndərib.

Belə ki, "Makkabi" tərəfi "Sabah"a püşkatmadan sonra məlum olduğu kimi, cavab oyunun deyil, ilk matçın Azərbaycanda keçirilməsini istəyib.

Üstəlik, maddi-texniki çətinliklər səbəbindən "Makkabi" ev matçını əvvəlcədən planlaşdırıldığı kimi Macarıstanda deyil, Bolqarıstanda keçirmək niyyətindədir.

İkinci turun oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...