“Qarabağ”la oyundan razı qalacaqlar“ - Serbiyalı müdafiəçi

17 Sentyabr 2023 19:00 Sabah 669
“Qarabağ”la oyundan razı qalacaqlar“ - Serbiyalı müdafiəçi

“Qarabağ”la oyun larımız həmişə maraqlı alınır.

Ümid edirəm, bu dəfə də azarkeşlər baxımlı, maraqlı oyunun şahidi olacaqlar“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah“ın serbiyalı legioneri Boyan Letiç deyib.

Bu gün Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq. Çempionluğa iddialılar “Qarabağ”la “Sabah” Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək.

Mövsümə qeyri-stabil nəticələrlə başlayan komandalar liderlər qrupundan çox uzaq düşməmək üçün qələbə qazanmaq niyyətindədirlər. “Qarabağ”ın hesabında 7, “Sabah”da isə 4 xal var.

Müdafiəçi "Qarabağ"la görüş haqda fikirlərini bu cür bölüşüb:

”Biz hər oyuna qələbə üçün çıxırıq. “Qarabağ”la səfər oyunu da bu baxımdan istisna olmayacaq.

Meydandan yaxşı nəticə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, azarkeşlərimiz bu matçdan məmnun qalacaqlar".

Digər Xəbərlər
Xəbər Lenti