
“Hansısa hücumçunu fərqləndirmək mənim üçün çətindir“.
Bu sözləri Sportinfo.-az-a açıqlamasında “Sabah“ın müdafiəçisi Abdullayev Ba deyib.
Yayda “Sabah”ın Portuqaliya “Aruka”sından heyətinə cəlb etdiyi mərkəz müdafiəçisi ölkəmizə gələnə qədər La Liqada “Rayo Vallekano”, Portuqaliya elitasında “Portu”, “Vitoriya”, “Moreyrense”, Super Liqada “Fənərbağça” və “Alanyaspor” kimi komandaların şərəfini qoruyub.
Premyer Liqamızda çıxış etdiyi gündən səviyyəsini ortaya qoyan 31 yaşlı seneqallı hazırda həm komandasının, həm də çempionatın seçilən müdafiəçilərindən hesab olunur.
O, “Çempionatımızda hansı hücumçuya qarşı oynamaq çətindir“ sualını bu cür cavablandırıb:
“Aərbaycanda oynadığım cəmi 2 aydır. Nəzərə alaq ki, heç də bütün rəqiblərə qarşı oynamamışıq.
Bir neçə ay keçsin, seçimim barədə sualınızı cavablandırmağa çalışaram“.