“Mətbuatda gedən söhbətlərə baxsaz, nə demək istədiyimi başa düşəcəksiz”

12 Sentyabr 2022 23:20 Sabah 1 048
“Mətbuatda gedən söhbətlərə baxsaz, nə demək istədiyimi başa düşəcəksiz”

"Sabah"ın idman direktoru və Müşahidə Şurasının üzvü İqor Ponomaryov "Qarabağ"a 3:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VI tur oyunundakı mübahisəli hakim qərarına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi "report"a açıqlamasında sonuncu penalti qərarından öncə topun yan xətti rəqib futbolçudan tərk etdiyini söyləyib.

62 yaşlı mütəxəssis deyib ki, həmin epizodla bağlı əlavə şərhə ehtiyac yoxdur:

"Matçdan dərhal sonra məndən futbol yox, hakimlik haqqında soruşurlarsa, deməli, idarəçilik lazımi səviyyədə deyildi.

Buna VAR sistemində baxmaq olmazdımı? Məncə, düzgün qərar vermək üçün çox sadə epizod idi".

Ponomaryovun sözlərinə görə, bu, qarşılaşma zamanı yeganə mübahisəli qərar olmayıb:

"Sosial şəbəkələrdə, mətbuatda gedən söhbətlərə baxsanız, nə demək istədiyimi başa düşəcəksiniz.

Dünən hər iki komandanın gözəl oyunu ilə əsl futbol izlədik. Amma təəssüf ki, indi futbolun özündən yox, hakimlikdən danışırıq".

Veteran futbolçu hələlik apellyasiya barədə qərar qəbul etmədiklərini söyləyib.

Qarşılaşma "Qarabağ"ın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Baş hakim İnqilab Məmmədova Namik Hüseynov və Rahil Ramazanov laynsman qismində yardımçı olub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu