Gürcülərin əli ağzında qaldı – Ən yaxşı komanda da bizimki oldu, ən yaxşı futbolçu da

13 May 2022 22:20 Sabah 874
Gürcülərin əli ağzında qaldı – Ən yaxşı komanda da bizimki oldu, ən yaxşı futbolçu da

Batumidə təşkil olunan futbol turniri başa çatıb.

Yarışda Azərbaycanı “Sabah”ın və “Vətən” RİOEUG futbol məktəbinin U-11 komandaları təmsil edib.

Turnir Acarıstan Futbol Federasiyası tərəfindən təşkil edilib ki, "Dinamo Batumi"nin sabiq futbolçusu futbolçusu Şota Maminaşvilinin xatirəsinə həsr olunub.

Ümumilikdə 29 komandanın mübarizə apardığı turnirdə "Vətən" C qrupunda yer alıb.

Qrup mərhələsinin ilk oyununda "Saburtalo" ilə qolsuz bərabərə qalan təmsilçimiz, növbəti oyunda "Dinamo Batumi"ni 4:0 hesabı ilə məğlub edib.

Qrup lideri olaraq 1/4 finala vəsiqə qazanan “Vətən”, "Merani"ni məğlub edib - 2:0.

Yarımfinalda "Celero" da sıradan çıxarılıb - 1-0. Bununla da Azərbaycan komandası “Shota Cup 2022”nin final matçına vəsiqə qazanıb. "Sarı-qaralar" turnirin son oyununda "Dinamo Tbilisi"ni 1:0 məğlub edərək turnirin qalibi olub.

Turnirin ən yaxşı oyunçusu “Vətən”in hücumçusu Elcan Sadıqzadə seçilib.

Turnirdə qapısını toxunulmaz saxlamağı bacaran yeganə komanda da "Vətən" olub.

Turnirdə qrup ikincilərinin üzləşdiyi oyunlarda başqa bir Azərbaycan təmsilçisi “Sabah”ın U-11 komandası finalda “Saburtalo”ya məğlub olaraq ikinci yeri tutub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti