“Komandamız yüksəlişdədir – Onlara imkan vermədik ki…” – “Sabah”dakı serbiyalı

11 May 2022 19:40 Sabah 676
“Komandamız yüksəlişdədir – Onlara imkan vermədik ki…” – “Sabah”dakı serbiyalı

"Sabah"ın serbiyalı legioneri Boyan Letiç Sportinfo.az-a açıqlama verib.

Müdafiəçi komandasının Premyer Liqanın 26-cı turunda "Səbail" üzərindəki qələbəsi (2:0) barədə danışıb:

"Komandamız üçün yaxşı oyun idi. Vacib qələbə qazandıq. Rəqibə qapımız qarşısında təhlükəli qol vəziyyəti yaratmağa imkan vermədik.

İkinci hissədə fərqlənmək üçün çoxlu qol fürsətimiz olsa da, dəyərləndirə bilmədik. 3 xal qazanmağımıza sevinirik.

Komandamız yüksəlişdədir və uğurlu çıxışımızı son 2 turda da davam etdirmək istəyirik”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti