“Sabah” “Shota Cup 2022”da ikinci yeri tutdu - FOTO

11 May 2022 00:40 Sabah 551
“Sabah” “Shota Cup 2022”da ikinci yeri tutdu - FOTO

“Sabah”ın U-11 komandası Gürcüstanın Batumi şəhərində təşkil edilən “Shota Cup 2022” turnirində iştirak edib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, U-11 qrupda keçirdiyi ilk oyunda yerli “Tbilisi 35” komandasına məğlub olub (1:2).

Digər görüşlərində qalib gələn “Sabah” qrup mərhələsini ikinci pillədə başa vurub.

Qrup ikincilərinin üz-üzə gəldiyi “Golden League” matçında “Saburtalo” ilə qarşılaşan "Sabah" qolsuz heç-heçə başa çatan görüşün penaltilər seriyasında məğlub olaraq (2:4), yarışı ikinci pillədə başa vurub.

Komandanın qapıçısı Hüseyn Zeynalov turnirin ən yaxşı qolkiperi seçilib.

“Shota Cup 2022”-nin “Brilliant League” matçının qalibi isə ölkəmizin turnirdəki digər təmsilçisi “Vətən” olub.

Digər Xəbərlər
Xəbər Lenti