İsayev onlarla nə söhbət edib, hansı tapşırığı verib?

2 Dekabr 2021 17:40 Sabah 1 070
İsayev onlarla nə söhbət edib, hansı tapşırığı verib?

Xəbər verdiyimiz kimi "Sabah"ın və milli komandamızın üzvü Aleksey İsayev dünən "Sabah"ın U-13 komandasına baş çəkib, azyaşlı uşaqlarla xoş gün keçirib.

Komandanın gənc çalışdırıcısı Savalan Əlizadə görüşlə bağlı təəssuratlarını Sportinfo.az-la bölüşüb:

"Təbii ki, Aleksey İsayevin komandamıza baş çəkməsi uşaqlara çox müsbət təsir elədi. Mən də zamanında futbol oyamışam. A

zyaşlı olanda yüksək liqada oynamaq istər-istəməz bir qədər çətin görünür. Amma belə görüşlər olanda, bu çətinlik nisbətən aradan götürülür.

Bundan başqa uşaqlarımız Aleksey İsayevə "biz necə Premyer Liqada oynaya bilərik?", "Milli komandada necə çıxış edə bilərik?" tipli suallar verdilər.

Məsələn, yarımmüdafiəçilərə gündəlik məşqlərdə izah etdiyimiz məsləhətlərimiz olur. Ki, onu Premyer Liqada, milli komandada oynayan bir peşəkar yarımmüdafiəçi öz hərəkətləri ilə göstərmiş olması tam başqa hisslərdir.

Bunun uşaqlar tərəfindən qəbulu, qavranması daha yaxşı olur. Bütün hallarda bu görüş xoş oldu. İstərdim ki, tez-tez belə görüşlər həyata keçirilsin.

İstər indiki, istərsə də nə vaxtsa Premyer Liqada oynamış usta futbolçularla uşaqların görüşməsi müsbət haldır. Məncə, bütün klublarda və bütün yaş qruplarında bu proses davamlı olsa yaxşı olar".

Savalan bəy "İsayevin azyaşlı futbolçulara hər hansı xüsusi tapşırığı, məsləhəti oldumu" sualını isə belə cavablandırıb:

"İsayevin uşaqlardan xüsusi istəyi, tapşırığı oldu ki, məşqlərə vaxtında gəlsinlər, dərslərini yaxşı oxusunlar. Valideyinlərin, müəllimlərin sözünə qulaq assınlar.

Bir də onu xüsusi vurğuladı ki, əgər əziyyət çəksəniz, arzuladığınız işin öhdəsindən gələ biləcəksiniz. Uşaqlara izah etdi ki, futbolçu olmaq çətin deyil.

Sadəcə, müəllimlərinizin tapşırıqlarına qulağ asmaq lazımdır. O zaman Allah arzunuzu gerçəkləşdirəcək".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!