“Sabah”ın aparıcı futbolçusu SÜRPRİZ ADDIM ATDI - VİDEO

1 Dekabr 2021 21:20 Sabah 659
“Sabah”ın aparıcı futbolçusu SÜRPRİZ ADDIM ATDI - VİDEO

“Sabah”ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Aleksey İsayev klub akademiyasının U-13 komandası ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, o, məşqə gələrək, azyaşlılara sürpriz edib.

Futbolçuların suallarını cavablandıran Aleksey daha sonra onlarla birgə məşq eləyib. İsayev onlarla söhbətində futbola gəlişi, futbolçu kimi formalaşmasında rol oynayan əsas amillər barədə danışıb, onlara öz tövsiyələrini verib.

Sonda komandasının üzvləri arasında əyləncəli yarış keçirilib. Qalib olan futbolçuya Aleksey İsayev öz imzalı formasını hədiyyə edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı