AFFA “Sabah”ı yenə Rəşadın əli ilə “vurmaq” istəyir? - VİDEO

27 Noyabr 2021 13:40 Sabah 840
AFFA “Sabah”ı yenə Rəşadın əli ilə “vurmaq” istəyir? - VİDEO

Azərbaycan Premyer Liqasının XII turunun hakim təyinatları açıqlanıb.

"Sabah" - "Keşlə" oyunu Rəşad Əhmədova həvalə olunub.

Maraqlıdır ki, o, bu komandalar arasında ilk dövrədə baş tutmuş və "Keşlə"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşan matçın da baş hakimi olmuşdu.

Həmin görüşdən sonra qonaq komanda - "Sabah" hakim idarəçiliyindən narazı qalmış, hətta "ağ-göylər" həmin vaxt baş məşqçisi olan Ramin Quliyev bu barədə oyunsonrası mətbuat konfrasnında açıq iradlarını bildirmişdi.

O, mətbuat konfransında Əhmədovun çempionatın ilk turunda "Səbail"lə matçda da "Sabah"ın oyununa təyin olunduğunu, həmin qarşılaşmada da komandasının əleyhinə qərarlar verdiyini bildirmiş, daha sonra isə bu çıxışına görə AFFA İntizam Komitəsi tərəfindən xəbərdarlıq almışdı.

Bununla bağlı "Sabah" da AFFA Hakimlər Komitəsinə öz iradlarını ünvanlamışdı. Ancaq qəribədir ki, Rəşad Əhmədov bu komandaların bu gün baş tutacaq növbəti oyununa da təyinat alıb.

Qonaq komandanın həmin oyunda əsas narazı qaldığı epizod 87-ci dəqiqədə - hesab 0:1 olduğu zaman meydan sahiblərinin futbolçusu öz cərimə meydançasında əllə oynamasına rəğmən, hakimin penalti təyin etməməsi, “davam” işarəsi göstərməsi olub.

Və indi də belə... Görünür, AFFA Hakimlər Komitəsi üçün klubların etirazı maraqsız və mənasızdır, araşdırma aparmır, səhvlərə yol verən “fit sahibləri”ni cəzalandırmırlar.

Fritz Stuxlik funksionerlərə, məşqçi və futbolçulara hörmətsiz yanaşmasını davam etdirməkdə, onların çəkdiyi əziyyəti yerə vurmaqdadır.

Belə düşünmək olar ki, “Sabah”ın “qara zolaq”dan çıxması və son turlar qələbələri sıralaması Stuxlikin simasında AFFA-da əyləşən bir qrup şəxsi narahat etməyə başlayıb.

Elə bil, Rəşad Əhmədov kimi reputasiyası birmənalı olmayan hakimlərin vasitəsilə komandanı sıxmağı qarşılarına məqsəd qoyublar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti