Rusiyalı mütəxəssis təklif aldığı Azərbaycan klubu ilə...

24 Oktyabr 2021 17:00 Sabah 1 921
Rusiyalı mütəxəssis təklif aldığı Azərbaycan klubu ilə...

“Sabah”ın Murad Musayevi Azərbaycana gətirdiyini xəbər vermişdik.

Dünən Bakıya təşrif buyuran “Krasnodar”ın sabiq çalışdırıcısı klubun Masazırda yerləşən bazasını gəzib və rəsmilərlə görüşüb.

7 aydır işsiz olan rusiyalı mütəxəssis “Sabah”ın şəraitindən razı qalıb. Həmçinin klubun iddiaları onu məmnun edib.

Musayev müqavilə şərtlərinə də “ok” verib. Sadəcə, o, futbolçuları yaxından tanımaq niyyətindədir.

“Sabah”ın dünən “Sumqayıt”a 3:0 hesabıyla qalib gəldiyi matçın komanda barədə qəti qərar verməyə kifayət etmədiyini deyən məşqçi Premyer Liqanın əvvəlki turlarının qarşılaşmalarını da gözdən keçirmək istədiyini deyib.

O, Krasnodar şəhərində doğulub. Futbolçu karyerası olmayıb. "Kuban Fiziki Hazırlıq, İdman və Turizm" universitetini bitirib. Unversitetdə oxuduğu zaman gənclərdən ibarət "Krasnodar-2000" klubunda uşaq məşqçisi işləyib[.

20011-ci ildə "Krasnodar"ın futbol akademiyasında fəaliyyətə başlayıb. 2018-ci ildə klubun gənclər komandasının məşqçisi təyin edilib.

"Krasnodar"ın 19 yaşadək futbolçulardan ibarət komandası ilə birlikdə 2017/18 mövsümündə UEFA Gənclər Liqasının pley-off mərhələsində iştirak edib.

Krasnodarlılar pley-offda “məğlub olub. Bu oyundan sonra Krasnodar şəhər stadionunun qarşısındakı münaqişədən sonra klubdan kənarlaşdırılıb.

3 aprel 2018-ci ildə İqor Şalimovun gedişindən sonra "Krasnodar"a müvəqqəti məşqçisi təyin edilib. “Pro” lisenziyasının olmaması səbəbindən Rusiya Premyer Liqasında məşqçi kimi qeydiyyata alınmayıb.

Musayevin o zaman yalnız B lisenziyasına sahib olmasına görə Rusiya Premyer Liqasında məşqçi kimi Oleq Fomenko qeydiyyata alınır. Musayev isə onun əsas köməkçisi kimi qeyd edilir.

Ancaq de-fakto komandanın baş məşqçisi Musayev olub. 2019/20 mövsümündən əvvəl Fomenko "Krasnodar-2"yə göndərilir və Sergey Matveyev yeni baş məşqçi təyin edilir, Musayev isə rəsmi olaraq onun köməkçisi kimi işini davam etdirir.

15 iyun 2020-ci ildə UEFA-dan "Pro" kateqoriyası alır və rəsmi olaraq “Krasnodar”ın sükanı arxasına keçir.

3 aprel 2021-ci ildə evdə "Axmat"a 0:5 hesabı ilə məğlubiyyətdən sonra Musayev buradan uzaqlaşdırılır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti