"Şəhid övladına dedim ki..." - "Sabah"ın yarımmüdafiəçisi

27 Sentyabr 2021 17:40 Sabah 929
"Şəhid övladına dedim ki..." - "Sabah"ın yarımmüdafiəçisi

Azərbaycan Premyer Liqasının 5-ci turunda "Sabah" "Neftçi"ni qonaq etdi.

Meydan sahiblərinin məğlub (1-2) olduğu görüşdə futbolçular Anım Günü ilə bağlı meydana şəhid olan qəhrəmanların övladları ilə çıxdılar.

"Sabah"ın yarımmüdafiəçisi Elvin Camalov dünən əlindən tutduğu şəhid övladı ilə arasında olan kiçik dialoqu Sportinfo.az-la bölüşüb

"Onunla az da olsa söhbət etdim. Adı Nazlı idi. Yanında isə qardaşı dayanmışdı. Çox şirin bala idi (Elvin bu anda üzüntüsünü gizlədə bilmir və kövrəlir). Ona dedim ki, gəl himni bərabər oxuyaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Xatırladaq ki, 27 sentyabr ölkəmizdə Vətən müharibəsində şəhid olan qəhrəmanların Anım Günüdür.

Digər Xəbərlər
Xəbər Lenti