"İlk hissədəki oyunumuz bizə ümid verir" - Visente Qomes

25 Fevral 2021 20:10 Sabah 743
"İlk hissədəki oyunumuz bizə ümid verir" - Visente Qomes

"İlk hissə bizim nəzarətimiz altında keçdi. Çoxlu qol şansımız olsa da, istifadə edə bilmədik. Rəqibə, demək olar ki, imkan vermədik".

Sportinfo az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Visente Qomez evdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVII turunun oyunundan sonra mətbuat konfansında deyib.

İspaniyalı mütəxəssis bildirib ki, ikinci hissədə qonaqlar daha yaxşı təsir bağışladılar: "Qapımızda görməli olmadığımız qol buraxdıq. Amma digər matçlardan fərqli olaraq, uşaqlar qoldan sonra vəziyyətə yaxşı reaksiya verdilər və hesabı bərabərləşdirdilər".

50 yaşlı mütəxəssis qol epizodlarından istifadə edə bilməmələrini düşdükləri vəziyyətlə əlaqələndirib:

"Qara zolağ"a düşəndə səhvlərə çox yol verirsən. İstədiyimiz yerdə deyilik. Qol probleminin məhz bununla bağlı olduğunu düşünürəm. Vəziyyətdən çıxmağa çalışırıq. İlk hissədəki oyunumuz bizə ümid verir".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!