"Sabah" millimizin futbolçusunu Niderland klubuna icarəyə verdi

13 Yanvar 2021 16:20 Sabah 700
"Sabah" millimizin futbolçusunu Niderland klubuna icarəyə verdi

“Sabah” və “Telstar” arasında Ozan Can Kökcünün icarəyə verilməsinə dair razılıq əldə olunub.

Sportinfo.az xəbər verir ki, müqaviləyə əsasən, gənc yarımmüdafiəçi cari mövsümün sonuna kimi Niderlandın II Liqa təmsilçisinin heyətində çıxış edəcək.

O, "Telstar"ın təklifinə müsbət cavab verməsinin əsas səbəbi kimi özünü Avropada sınamaq, həmçinin Azərbaycanı və “Sabah”ı qitədə ən yaxşı şəkildə təmsil etmək istəyini göstərib:

“Telstar”a bu 6 aylıq müddətdə özümü daha da inkişaf etdirmək və daha üst səviyyəyə qalxmaq üçün yollanıram. Mənə daim dəstək olan “Sabah” ailəsinə təşəkkür edirəm. Burada olmadığım müddətdə də komandamı yaxından izləyəcəyəm. Doğma klubuma uğurlar diləyirəm”.

Ozan Can Kökcü 2019-cu ilin yayından formasını geyindiyi “Sabah”ın əsas heyət üzvlərindən birinə çevrilərək, 29 oyuna 1 qol vurub.

Azərbaycanın U-21 millisinin də əsas üzvlərindən olan Ozan Canın icarəyə verilməsində onun Avropa təcrübəsi qazanması və özünü inkişaf etdirməsi perspektivləri əsas götürülüb.

O, ötən həftə Niderlandda məhdud çərçivədə özünə toy edib.

Digər Xəbərlər
Xəbər Lenti