AFFA-nın məsul şəxsi də belə səhv edirsə… VİDEO

7 Aprel 16:30 Region Liqası 1 654
AFFA-nın məsul şəxsi də belə səhv edirsə… VİDEO

AFFA-nın inzibati binasında Region Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Növbəti mərhələdə birinci cütün qalibi ilə ikinci cütün qalibi, üçüncü cütün qalibi ilə dördüncü cütün qalibi, beşinci cütün qalibi ilə altıncı cütün qalibi, yeddinci cütün qalibi ilə səkkizinci cütün qalibi görüşəcək.

½ final, 3-cü yer uğrunda və final oyunu isə tək qarşılaşmadan ibarət olmaqla neytral meydanda təşkil olunacaq.

Eyni zonadan iki komanda rəqib ola bilməz. Əgər püşkatma zamanı eyni zonadan iki komanda bir-birinə rəqib çıxarsa, həmin komanda digər cütə keçirilir.

"Ümid Saatlı"nın rəqibi onunla eyni zonadan çıxdığı üçün püşkatma qaydalarına uyğun olaraq komanda digər cütə keçirilib.

Bu anlar tədbirdə çaşqınlığa səbəb olub. Püşkü elan edən federasiyanın texniki direktorunun müavini Fərrux İsmayılov özünü itirib.

Departament rəisi Yusif Vəliyev texniki səhvə yol verildiyini anlayıb və tez də müdaxilə edib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti