AFFA klublar qarşısında götürdyü öhdəliyi yerinə yetirmədi - Gətirdik, buraxmadılar

14 Noyabr 2022 14:00 Region Liqası 1 092
AFFA klublar qarşısında götürdyü öhdəliyi yerinə yetirmədi - Gətirdik, buraxmadılar

Region Liqasında yeni mövsümə start verilib.

Startı iki həftə təxirə salınan çempionatda 42 komanda 5 zona üzrə mübarizəyə başlayıb.

Lakin AFFA iştirakçılar qarşısında götürdüyü öhdəliyi yenə tam yerinə yetirə bilməyib. Federasiya yarışma mənsublarına 10 top verməklə kifayətlənib.

İki dəst geyim forması isə onlara çatdırılmayıb.

Qurumdan klubların təmsilçilərinə bildirilib ki, ölkə xaricindən sifariş olunan formalar sərhəddən buraxılmayıb (?). Problemin nədən qaynaqlanması isə açıqlanmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti