Region Liqasında yarışacaq yeni klub: “Görək, AFFA bizə nə təklif edəcək”

28 Sentyabr 2022 16:40 Region Liqası 1 841
Region Liqasında yarışacaq yeni klub: “Görək, AFFA bizə nə təklif edəcək”

İkinci Vətən Müharibəsinin anım günü ərəfəsində aldığımız xəbər yerinə düşdü.

Bir neçə gün əvvəl mətbuatda Qarabağ müharibəsinin iştirakçı və qazilərindən ibarət komandanın yaradılmasını xəbərini oxuyan hər kəs mütləq ki, sevindi.

Vaxtilə döyüş meydanlarında əlində silah vətənin keşiyində dayanan mərd oğullarımız bundan sonra bacarığını futbol meydanlarında göstərəcək.

Ümid edirik ki, “Difai” (müdafiə) komandası ən qısa zamanda “böyük qardaşı” “Qarabağ”ın yolunu gedərək uğurlu nəticələri ilə ölkəyə, ardınca Avropaya səs salacaq.

“Difai” komandası 5 mart 2018-ci ildə - Bədən Tərbiyəsi və İdman Günündə yaradılmış eyniadlı klubun bazasında formalaşıb ki, böyük futbolda ilk addımlarını Region Liqasında atacaq.

Müqavilə uzadıldı, millinin baş məşqçi postunda qaldı

Komanda artıq AFFA-dan qeydiyyatdan keçib və oktyabrda start götürəcək Region Liqasının hazırlığına başlayıb.

Nəcib addımın atılmasının səbəbkarı Asəf Məlikovdur. Klub prezidenti birinci Qarabağ müharibəsinin veteranı olmaqla yanaşı, Əlil Arabasında Qılıncoynatma Federasiyasının birinci vitse-prezidenti, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Leninqrad Ali Hərbi Məktəbinin, Azərbaycan İnşaat Mühəndisliyi İnstitutunun, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu, qılıncoynatma üzrə beynəlxalq dərəcəli məşqçidir.

Asəf bəylə müsahibənin məhz 27 sentyabra – Anım Gününə təsadüf etməsi təsadüfi deyildi. Komanda Qarabağ qəhrəmanlarından formalaşıbsa, başqa tarix ola bilməzdi.

(müsahibənin ilk hissəsinin linki burada - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/150837.html)

Müqavilə uzadıldı, millinin baş məşqçi postunda qaldı

- Sponsorluq demişkən, bu mövzuda AFFA və ya AGİN-lə söhbətiniz olub?

- Açığı, bu yöndə danışığımız olmayıb. AFFA-nın baş katibi Sərxan Hacıyevlə əlaqə saxlamışdıq. Oktyabrın 4-də görüşümüz nəzərdə tutulub. Görək həmin görüşdə assosiasiyadan bizə nə təklif olunacaq, hansı formada dəstək olunacaq. Bildiyimə görə, müəyyən toplar və inventarlarla dəstək nəzərdə tutulub. Bir dəst forma biz almışıq, səhv etmirəmsə, iki dəst forma da AFFA tərəfindən veriləcək. Digər məsələlərdə necə kömək edə biləcəklərini hələ danışmamışıq.

- Futboldakı yaralı yerimiz, həm də qürur mənbəyimiz “Qarabağ” rəhbərliyi, rəsmiləri ilə münasibətiniz necədir?

- Orada çalışanlar dostlarımızdır. Bu il “Alanyaspor”un prezidenti Hasan Çavuşoğlu Bakıya səfəri zamanı zalımıza baş çəkdi, federasiyamızla maraqlandı. Həmin gün qonaqlarla yanaşı, biz də “Qarabağ”ı ziyarət etdik, Qurban Qurbanovla və komanda üzvləri ilə görüşdük. Klubun mətbuat katibi Gündüz Abbaszadə ilə münasibətimiz yaxşıdır. Əvvəlki dönəmdə federasiyamıza müəyyən sayda biletlər ayrılırdı ki, qazilərimiz gedib futbola baxsın. Amma “Difai” ilə bağlı “Qarabağ”a hansısa müraciətimiz, yaxud söhbətimiz olmayıb.

- Ən azından sosial layihələr çərçivəsində əməkdaşlıq etmək olar.

- Olar, əlbəttə, olar. İnşallah, “Alanyaspor”la bu mənada əməkdaşlığımız olacaq. Klubun baş direktoru Sərkan Daldal bizimlə əlaqə saxlamışdı. Sağ olsun, Hasan beyin salamını çatdırdı və bildirdi ki, indiki məqamda sıx qrafikə görə alınmasa da, yaxın gələcəkdə “Difai”ni “Alanyaspor”la yoldaşlıq görüşü üçün Türkiyəyə dəvət etmək niyyətləri var. Baş tutsa, maraqlı sosial layihə olacaq.

Müqavilə uzadıldı, millinin baş məşqçi postunda qaldı

- Region Liqasında hədəfiniz nə olacaq?

- Pillə-pillə irəliləmək istəyirik. İlkin hədəfimiz Region Liqasının qalibi olmaqdır. Maliyyə vəziyyətimizdən asılı olmayaraq, çempionluq uğrunda mübarizə aparacağıq. İdmançı meydana yalnız və yalnız qələbə üçün çıxmalıdır.

- Döyüş meydanlarında, od-alovun içində mübarizə aparmağa, qalib gəlməyə öyrəşmiş vətən oğullarımız üçün futbol meydanlarında mübarizə aparmaq çətin olmayacaq ki?

- Biz istəyirik ki, həmin oğullar döyüş və futbol meydanlarını eyni bilsin. Ağdamda plakat açanda “Şuşa zirvəsindən, Olimpiya zirvəsinə”, “Döyüş medalından Paralimpiya medalına” sözlərini yazmışdıq. Futbol meydanını döyüş meydanı gözündə görsək ki, uğura sərhədləri aşmadan, mərd-mərdanə mübarizə apararaq çatmaq istəyirik. Yəni oyun qaydalarını pozmadan, oyun prinsiplərinə riayət etməklə. Sadəcə, hərbi geyim formasını futbol formasını dəyişmişik, qalan hər şey dəyişməz olaraq qalır.

HƏBİB ASLANOV / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti