
Bəlli olduğu kimi, “Xan Lənkəran" məşqçi İqbal Babayev və köməkçisi Cəfər Mirzəyevi istefaya göndərib.
Sportinfo.az xəbər verir ki, Region Liqaında mübarizə aparan klub bu ayrılığın səbəbini rəsmi səhifəsində bəyanat yayaraq ictimaiyyətə bildirib:
"Xan Lənkəran"nın məşqçiləri İqbal Babayev və Cəfər Mirzəyev sonuncu qarşılaşmadakı məğlubiyyət səbəbindən istefaya göndərilməyiblər!
* Adıçəkilən məşqçilər bir neçə dəfə komandadaxili qaydalarını pozduqlarına, futbolçularla və idarə heyətimizdəki əməkdaşlarla problem yaşadıqlarına görə klubun prezidenti tərəfindən istefaya göndəriliblər.
* Bu qərar "Neftçi 2" ilə oyundan sonra qəbul edilsə də, "Turan" ilə oyun gününə təsadüf edib.
* Klubumuz dəyərlər üzərində qurulub və bundan sonra da həmin dəyərlərə hər hansı bir mənfi təsir göstərən şəxslər dərhal klubdan uzaqlaşdırılacaq”.