Mahmudov Qurbanovdan danışdı, “Təəccübləndim, gözləmirdim“ dedi

15 Oktyabr 2021 13:00 Region Liqası 1 577
Mahmudov Qurbanovdan danışdı, “Təəccübləndim, gözləmirdim“ dedi

Səfərdə Serbiya millisinin də qapısına yol tapmağı bacaran Emin Mahmudov DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin bütün qollarının müəllifinə çevrildi.

Bununla da, “Neftçi”nin kapitanı müstəqillik tarixində heç kimin bacarmadığını etdi.

Belə ki, indiyə qədər heç bir futbolçu bir tsiklda 4 qola imzasını yazdıra bilməmişdi.

Bu mənada rekord Qurban Qurbanova məxsus idi ki, “Qarabağ”ın hazırkı baş məşqçisi AÇ-2004-ün seçmə mərhələsində 3 dəfə fərqlənmişdi.

Emin məlum hadisə ilə bağlı Sportinfo.az-a açıqlamasında keçirdiyi hissləri bölüşüb:

“Yığmada kimin necə qol vurduğunu bilirdim. Amma seçmə mərhələlərdə kimin nə qədər fərqləndiyindən və belə bir rekorda imza atdığımdan xəbərsiz idim.

Sizin saytda oxudum. Açığı, oxuyanda, təəccübləndim. Belə bir şey olacağını gözləmirdim.

Qarşıda oyunlarımız var. Yenə qol vurmaq üçün çalışacam.

Buna görə sevinsəm də, millinin nəticələrinə görə üzgünəm. İstədiyimiz nəticələri əldə edə bilmirik. Ona görə də vurduğum qollara ürəkdolusu sevinə bilmirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”