AFFA pulu ödəməyə başladı, "Qəbələ" rahat nəfəs aldı

15 Sentyabr 2020 13:54 Qəbələ 1 189
AFFA pulu ödəməyə başladı, "Qəbələ" rahat nəfəs aldı

AFFA ayırdığı maliyyə yardımının ilk partiyasını «Qəbələ»nin hesabına köçürüb.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, federasiyanın İcraiyyə Komitəsinin qərarı ilə rəsmiləşən 1,5 milyon manatlıq dəstək paketinin icrasına başlanıb:

«AFFA sentyabrdan etibarən həmin pulu hissə-hissə ödəyir. Artıq avqust üçün nəzərdə tutulan məbləği almışıq. Hər ayın bəlli bir vaxtında ödəmə olacaq. Həmin məbləğ qərarda göstərildiyi kimi, yəni, aidiyyatı üzrə xərclənəcək».

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM