"Neftçi"nin oyunudan sonra qapıçı ilə azarkeşlər arasındakı insidentin DETALLARI bilindi

22:05 Sportinfo TV 191
"Neftçi"nin oyunudan sonra qapıçı ilə azarkeşlər arasındakı insidentin DETALLARI bilindi

"Qəbələ"nin “Neftçi”yə 0:3 hesabı ilə uduzduğu görüşdən sonra komandanın qapıçısı Səlahət Ağayevlə azarkeşlər arasında narazılıq yaşanıb.

Belə ki, final fitindən sonra fanatlar iradlarını təcrübəli qapıçıya ünvanlayıblar.

Səlahət Ağayev isə azarkeşlərin yanına yaxınlaşaraq səbrlə onları dinləyib.

Azarkeşlər buraxılan qollara, xüsusilə hücumların qurulmasında yol verilən nöqsanlara görə narazılıq ediblər.

Kiper məsələyə aydınlıq gətirmək üçün kənara dəvət edib.

Başverənləri onlara izah edib. Bildirib ki, mən qapıçıyam, hücumların qurulmasına və ya qol fürsətlərinin qatılmasına müdaxilə edə bilmərəm. Bu barədə nəsə demək mənə aid deyil.

Tərəflər arasında qısa müddət ərzində müəyyən gərginlik yaşansa da, dialoqun sonunda tərəflər bir-birindən xoşluqla ayrılıblar.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti