"Ondan dəvət gözləyirdim, amma millidən kənarda qaldım"

22:55 Milli komanda 148
"Ondan dəvət gözləyirdim, amma millidən kənarda qaldım"

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Rövlan Muradov Sportinfo.az-a açıqlama verib.

28 yaşlı futbolçu milli komandanın 30 nəfərlik geniş siyahısından kənarda qalmasından şikayətlənib.

Muradov hesab edir ki, hazırda yaxşı formadadır və klubunda mütəmadi olaraq əsas heyətdə meydana çıxır:

“Bəli, əlbəttə, dəvət gözləyirdim. Çünki ötən mövsüm “Zirə”də çıxış edərkən yanvar ayında Ayxan müəllim Antalya toplanışına gəlmişdi.

Yoldaşlıq oyununda ilk hissədə iki qol vurmuşdum.

Həmin vaxt da bildirmişdi ki, oyun vaxtımı artırsam, milliyə çağırılmaq şansım daha çox olacaq.

Bu il də çempionat başlayandan əsas heyətdə mütəmadi olaraq meydana çıxıram.

Düşünürdüm ki, bu toplanış mənə şans verəcək. Çünki Ayxan müəllimin oyun taktikasına uyğun futbolçu olduğumu düşünürəm. Amma təəssüflər olsun ki, dəvət almadım.

Hörmətlə yanaşıram, bu, onun seçimidir. Ümid edirəm ki, qarşıdakı toplanışda milliyə dəvət almaq şansım olar”.

Rövlan bu mövsüm 5 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti