"Qəbələ" Cavid Hüseynova nə qədər pul verəcək?

31 İyul 2020 17:10 Qəbələ 1 417
"Qəbələ" Cavid Hüseynova nə qədər pul verəcək?

«Qəbələ» rəhbərliyi heyəti gücləndirmək yönündə əməli işlər görür.

Belə ki, mövsümlərarası fasilədə “Zirə”dən ayrılan Cavid Hüseynov yenidən köhnə-yeni komandasına dönüb.

2014-2019-cu illərdə qırmızı-qara formanı geyinmiş yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanacaq. Klubun prezidenti Fariz Nəcəfovun bir sözüylə geri qayıdan Cavidə kapitanlıq sarğısıı əmanət olunub.

indi çoxlarını bu sual düşündürür ki, maliyyəti yüksək futbolçu imkanları tükənən «Qəbələ»dən nə qədər pul alacaq. Axı o, son olaraq «Zirə» ilə 220 min manata müqavilə bağlamışdı. Hazırda «Qəbələ»də bu qədər pul yoxdur. Əyalət təmsilçisi göstərilən məbləğin yarısını ödəmək gücünü də itirib.

Bəli, Hüseynov karyerasının ən yaxşı illərini keçirdiyi Qəbələnin eyniadlı klubuna xeyli güzəştə gedib. O, köhnə-yeni komandasnda maksimum 8000 manat maaş alacaq.

«Qırmızıı-qaralar»ın yerli futbolçular üçün müəyyənləşdirdiyi ən yüksək əməkhaqqı həddi buqədərdir. Onu da ki, hamı yox, cəmi 2-3 nəfər qazanacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti