"Qəbələ"li xorvat legioner: "Əlbəttə, bu gün üçün çox darıxdıq"

2 İyun 2020 11:34 Qəbələ 547
"Qəbələ"li xorvat legioner: "Əlbəttə, bu gün üçün çox darıxdıq"

"Hamımız məşqə başlamağımıza çox sevinirik. Futbolun geri qayıtması əla hislərdi"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin müdafiəçisi İvitsa Juniç deyib.

Xorvatiyalı legioner top və meydan üçün çox darıxdığını bildirib: "Uzun müddətdən sonra yaşıl meydanlara qayıtmaq yaxşı hislərdir. Əlbəttə, bu gün üçün çox darıxdıq.

Topsuz və meydansız qalmaq asan olmadı. Amma hamımız fasilədə fərdi məşqlər etmişik, buna görə də düşünürəm ki, forma yığmağımız asan olacaq".

Digər Xəbərlər
Xəbər Lenti