"Qəbələ"nin öz yetirməsindən əldə etdiyi qazanc məlum oldu

21 May 2020 22:20 Qəbələ 1 009
"Qəbələ"nin öz yetirməsindən əldə etdiyi qazanc məlum oldu

"Sabah”ın "Qəbələ”nin futbolçusu Amin Seydiyevin transferi üçün qarşı tərəfə ödədiyi məbləğ məlum olub.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı müdafiəçi Masazır klubuna 100 min manata başa gəlib.

"Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Seydiyev əsas komandada 2017/18 mövsümündə debüt edib. O, "qırmızı-qaralar”ın formasıyla 39 oyun keçirib, 1 qol vurub. Arxa xətt oyunçusu 2019/20 mövsümü yekunlaşandan sonra yeni komandasına qoşulacaq. (fanat.az)

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu