"Qəbələ"də 56 imza: Kərimovdan rekord, Baukdan 3 top

20 May 2020 12:30 Qəbələ 450
"Qəbələ"də 56 imza: Kərimovdan rekord, Baukdan 3 top

Azərbaycan kubokunda 2005/06 mövsümündə debüt edən “Qəbələ” indiyədək keçirdiyi 66 matçda 112 qol vurub.

Sportinfo.az xəbər verir ki, bunlardan ikisi rəqiblərin avtoqoludursa, digər toplara “qırmızı-qaralar”ın 56 oyunçusu imza atıb.

Komandanın kubokdakı ən məhsuldar futbolçusu Kənan Kərimovdur. Onun aktivində 7 qol var. Filip Ozobiç 6, Vüsal Qarayev 5 dəfə fərqlənib. Daha 5 oyunçu üçdən çox qola imza atıb.

Onların hərəsi 4 dəfə rəqib qapısına yol tapıb. Hazırda “Qəbələ”nin formasını geyinənlər arasında rekordçu Klesio Baukdu. O, cəmi 2 matçda iştirak etsə də, 3 qolun müəllifidi.

Azərbaycan kubokunda 3 və daha çox qol vuranlar:
1. Kənan Kərimov - 7
2. Filip Ozobiç - 6
3. Vüsal Qarayev - 5
4-8. Viktor Mendi - 4
İbrahim Hüseynov - 4
Daniel Subotiç - 4
Aleksey Qay - 4
Baqali Dabo – 4
9-15. Dodo - 3
Samir Zərgərov - 3
Stiven Monroz - 3
Ruslan Qurbanov - 3
Ermin Zets - 3
Davit Volkov - 3
Klesio Bauk - 3.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda