"Qəbələ"də oynamağa qərar verdiyimə görə heyfslənmirəm"

18 Mart 2020 15:18 Qəbələ 653
"Qəbələ"də oynamağa qərar verdiyimə görə heyfslənmirəm"

"Sən buna öyrəşirsən. İspaniyanı 5 il əvvəl tərk etdim və xaricdə oynamağa qərar verdiyimə görə heyfslənmirəm".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Qəbələ"nin sabiq legioneri Xavi Ernandezə məxsusdur.

İspaniyalı 2017-ci ilin "Qəbələ"ylə 1 illik müqavilə bağlasa da, Premyer Liqamızda debüt etməyib. O, yalnız Avropa Liqasında qırmızı-qara ormanı geyinib.

Azərbaycan çempionatında tətbiq olunan legioner limiti səbəbindən anlaşmasını vaxtından əvvəl pozub.

Bununla belə, yarımmüdafiəçi yolunu Azərbaycandan salmasına peşman deyil. Ölkəmizdən sonra İsveç, Rumıniya və Polşada çıxış edən ispan indi Hindistanda günlərini sayır.

"Atletiko de Kalkutta"nın heyətində Hindistan Superliqasının qalibi olan Xavi bildirib ki, getdiyi ölkələrin hər birində müəyyən təcrübə qazanıb: "Hara getsən belə, bu, başqa təcrübədir. Hər ölkənin özünəməxsus xüsusiyyətləri var".

Digər Xəbərlər
Xəbər Lenti