"Qəbələ"dən başqa heç bir klub bunu bacarmayıb

8 Mart 2020 22:20 Qəbələ 709
"Qəbələ"dən başqa heç bir klub bunu bacarmayıb

Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün rekordu qeydə alınıb.

Sportinfo.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qəbələ” ən böyükhesablı ev qələbəsinin müəllifi olub.

Bu, XX turun “Sumqayıt”la görüşünə təsadüf edib. 5:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” cari mövsümdə öz meydanında 5 qol vuran və 5 top fərqi ilə qələbə qazanan ilk komanda olub.

Bunadək rekord “Keşlə”yə məxsus idi. Paytaxt təmsilçisi bu il fevralın 22-də keçirilmiş XVIII turun oyununda “Zirə”nin qapısından 4 top keçirib.

Ümumilikdə mövsümün rekordu “Qarabağ”a məxsusdur. Ağdam klubu səfərdə “Zirə”ni 6:0 hesabı ilə məğlub edib.

“Neftçi” isə Azərbaycan çempionatlarında 450-ci qələbəsini qazanıb. Premyer Liqanın XX turunda “Sabah”la ev oyununda 4:0 hesabı ilə qalib gələn “ağ-qaralar” mövsümdə 10-cu, ölkə çempionatları tarixində 450-ci dəfə azarkeşlərini sevindirib.

“Neftçi” bu göstəricidə mütləq rekordçudur. 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarının daimi iştirakçısı olan paytaxt klubu qələbə sayında bütün komandaları qabaqlayır.

“Neftçi”nin Azərbaycan çempionatlarındakı tarixi qələbələri:
1-ci qələbə: 08.05.1992. "Neftçi" (Bakı) - "Xəzər" (Sumqayıt) - 1:0
50-ci qələbə: 15.12.1993. "Neftçi" (Bakı) - "Şahdağ" (Qusar) - 3:0
100-cü qələbə: 12.04.1997. "Neftçi" (Bakı) - "Kəpəz" (Gəncə) - 2:0
150-ci qələbə: 26.03.2000. "Neftçi" (Bakı) - Xəzər Universiteti (Bakı) - 5:1
200-cü qələbə: 30.11.2003. "Ədliyyə" (Bakı) - "Neftçi" (Bakı) - 0:3
250-ci qələbə: 03.11.2006. "Neftçi" (Bakı) - "Simurq" (Zaqatala) - 1:0
300-cü qələbə: 15.08.2010. "Qəbələ" - "Neftçi" (Bakı) - 0:2
350-ci qələbə: 17.02.2013. "Simurq" (Zaqatala) - "Neftçi" (Bakı) - 0:2
400-cü qələbə: 15.05.2016. "Neftçi" (Bakı) - "İnter" (Bakı) - 4:2
450-ci qələbə: 07.03.2020. "Neftçi" (Bakı) - "Sabah" (Bakı) – 4:0

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı