“Qəbələ” bir “Neftçi“ni uddu, digər “Neftçi“yə uduzdu

4 Mart 2020 09:42 Qəbələ 795
“Qəbələ” bir “Neftçi“ni uddu, digər “Neftçi“yə uduzdu

“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçirib.

Sportinfo.az xəbər verir ki, komandalar son bir həftədə AFFA-nın təşkil etdiyi liqalarda meydana çıxıb.

U-17 evdə “Neftçi” ilə qolsuz heç-heçə edib. U-16 “Neftçi” İK İB üzərində böyükhesablı ev qələbəsi qazanıb – 4:1. Paytaxt zonasında çıxış edən U-14 eyni hesabla “Neftçi” PFK-ya uduzub.

Qızlardan ibarət komandamız isə Yüksək Liqada “Xırdalan City”ni böyük hesabla məğlubiyyətə uğradıb – 4:0.

Bu qarşılaşmalardan sonra AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13 və U-16 qızlar liqalarının, həmçinin "Coca-Cola Məktəbli kuboku"nun oyunları 2020-ci il martın 10-dək təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti