Qəbələli Həsənovdan Premyer Liqada qızıl medal

2 Mart 2020 15:04 Qəbələ 962
Qəbələli Həsənovdan Premyer Liqada qızıl medal

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafiz Həsənov Avstriyada keçirilən Karate1 Premyer liqa turnirinin qalibi olub.

Sportinfo.az xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançımız yarışın son günündə final qarşılaşmasına çıxıb.

O, "Sporthalle Alpenstrasse" arenasındakı yarışın həlledici görüşündə italiyalı Luka Mareska ilə üz-üzə gəlib. 3:1 hesablı qələbə qazanan Rafiz Həsənov qızıl medala yiyələnib.

Əvvəlki qarşılaşmalarda Mussa Bexultana (Qazaxıstan) 11:2, Devid Nhuyenə (Belarus) 2:0, Tomas Kesererə (Avstriya) 5:0 və Burak Uyqura (Türkiyə) 6:2 hesabı ilə qalib gələn idmançımız ardıcıl beş qələbə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının 3-cü mərhələsində 88 ölkədən 625 karateçi iştirak edib. Turnir karateçilərə həmçinin dünya və olimpiya reytinqi xalları qazandırıb.

Digər Xəbərlər
Xəbər Lenti