Klub rəhbərliyi ilə görüşdü, "mən istefa verirəm" söylədi - SON DƏQİQƏ

24 Fevral 09:40 Qəbələ 664
Klub rəhbərliyi ilə görüşdü, "mən istefa verirəm" söylədi - SON DƏQİQƏ

«Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyev klub rəhbərliyi ilə görüşüb.

Tərəflər dünən Premyer Liqanın 23-cü turu çərçivəsində «Kəpəz»lə keçirilən matçdan sonra bir araya gəlib.

2019-cu ildən «qırmızı-qaralar»ı çalışdıran mütəxəssis 1:2 hesablı məğlubiyyətdən təsirləndiyini, istefa vermək niyyətində olduğunu bildirib.

Baxşıyev turnir cədvəlində sonuncu yerdə komandanı ayağa qalırmağa ümidinin qalmadığını, futbolçuların psixoloji cəhətdən çökdüyünü söyləyib.

O qeyd edib ki, gedişatın tək yolu ayrılıqdır, çünki yorulub.

Rəsmilər baş məşqçinin fikrini dinləyib və ona səbrli olmağı tövsiyə eləyib. Baxşıyev isə fikrinin qəti olduğunu deyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti